Çita-Moskva reysi texniki nasazlığa görə gecikib

DÜNYA
18:35 21.02.2025
794
Rusiyanın "S7” aviaşirkətinin Çita-Moskva reysini yerinə yetirən təyyarənin texniki nasazlığı səbəbindən uçuşda gecikmə yaranıb.

Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun "Telegram” kanalında məlumat verilib.

"Bu gün Çita (Kadala) hava limanında "S7” aviaşirkətinin Çita-Moskva marşrutu üzrə saat 08.50-də yerinə yetirilməsi nəzərdə tutulan 3048 saylı reysi təyyarədə yaranan texniki nasazlıq səbəbindən gecikib”, - məlumatda bildirilib.

Uçuş vaxtı saat 16:30-a keçirilib. Prokurorluq sərnişinlərin federal aviasiya qaydalarında nəzərdə tutulmuş bir sıra xidmətlərlə təmin olunması hüquqlarına riayət olunmasına nəzarət edir.
 
///report
OXŞAR XƏBƏRLƏR