İtaliya A Seriyası: ''Latsio'' və ''Napoli'' qələbə qazandı

İDMAN
07:55 01.10.2012
1104

Futbol üzrə İtaliya A Seriyasında VI tura yekun vurulub.

AZXEBER.COM-un məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutub.

Doğma meydanda "Siena"nı qəbul edən "Latsio" minimal hesablı qələbə qazanıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi xalını 12-yə yüksəldib.

Səfərdə "Sampdoriya"nın qonağı olan "Napoli" turu qələbə ilə başa vurub. Kavaninin matçın 67-ci dəqiqəsində vurduğu qol qonaqlara minimal hesablı qələbə qazandırıb - 1:0.

Öz meydanında "Fiorentina" ilə qarşılaşan "İnter" növbəti qələbəsini qazanıb. Milan təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etməklə turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

29 sentyabr

İtaliya A Seriyasında VI turun oyunları

"Parma" - "Milan" - 1:1Qollar:Əl Şaaravi, 50 (0:1), Qalloppa, 66 (1:1)

"Yuventus" - "Roma" - 4:1Qollar:Pirlo, 11 (1:0), Vidal, 16-pen (2:0), Matri, 19 (3:0), Osvaldo, 69-pen (3:1), Giovinko, 90 (4:1)

30 sentyabr

"Udineze" - "Genua" - 0:0

"Kalyari" - "Peskara" - 1:2Qollar:Terlizzi, 52 (0:1), Veiss, 76 (0:2), Pinilla, 82-pen (1:2)

"Latsio" - "Siena" - 2:1Qollar:Ederson, 18 (1:0), Ledesma, 38-pen (2:0), Paki, 90 (2:1)

"Boloniya" - "Kataniya" - 4:0Qollar:Guarante, 19 (1:0), Cilardinyo, 40 (2:0), 61 (3:0), Kone, 90 (4:0)

"Palermo" - "Kievo" - 4:1Qollar:Mikkoli, 13 (1:0), Riqoni, 28 (1:1), 59 (2:1), 82 (4:1), Giorgi, 80 (3:1)

"Atalanta" - "Torino" - 1:5Qollar:Denis, 28 (1:0), Biançi, 38-pen (1:1), 76 (1:5), Qazzi, 62 (1:2), Stevanoviç, 66 (1:3), D.Ambrosio, 73 (1:4)

"Sampdoriya" - "Napoli" - 0:1Qol:Kavani, 67-pen (0:1)

"İnter" - "Fiorentina" - 2:1Qollar:Milito, 17-pen (1:0), Kassano, 34 (2:0), Kaldeyra, 40 (2:1)

OXŞAR XƏBƏRLƏR