İtaliya A Seriyası: "Milan" uduzdu, "İnter" qələbə qazandı - NƏTİCƏLƏR

İDMAN
08:12 27.08.2012
1472

Futbol üzrə İtaliya A Seriyasında I turun oyunlarına yekun vurulub.

AZXEBER.COM-un məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutub.

Öz meydanında "Sampdoriya" ilə qarşılaşan "Milan" gözlənilmədən məğlubiyyətlə üzləşib. Kostanın matçın 59-cü dəqiqəsində vurduğu yeganə qol qonaqlara qələbə qazandırıb - 1:0.

Səfərdə "Peskara"nın qonağı olan "İnter" klubu isə mövsümə qələbə ilə başlayıb. Rəqibini 3 cavabsız qolla məğlub edən "İnter" görüşdən 3 xalla ayrılıb - 3:0.

25 avqust

İtaliya A Seriyasında I turun oyunları

"Fiorentina" - "Udineze" - 2:1Qollar:Maykon, 28 (0:1), Yovetiç, 67 (1:1), 90 (2:1)

"Yuventus" - "Parma" - 2:0Qollar:Lixşteyner, 55 (1:0), Pirlo, 59 (2:0)

26 avqust

"Milan" - "Sampdoriya" - 0:1Qol:Kosta, 59 (0:1)

"Peskara" - "İnter" - 0:3Qollar:Sneyder, 17 (0:1), Milito, 19 (0:2), Koutinyo, 81 (0:3)

"Siena" - "Torino" - 0:0

"Palermo" - "Napoli" - 0:3Qollar:Hamşik, 45 (0:1), Maggio, 79 (0:2), Kavani, 88 (0:3)

"Roma" - "Kataniya" - 2:2Qollar:Markese, 29 (0:1), Osvaldo, 59 (1:1), Qomez, 69 (1:2), Lopez, 90 (2:2)

"Genua" - "Kalyari" - 2:0Qollar:Merkel, 51 (1:0), İmmobile, 85 (2:0)

"Kievo" - "Boloniya" - 2:0Qollar:Pellisier, 65 (1:0), Kruzado, 78 (2:0)

"Atalanta" - "Latsio" - 0:1Qol:Hernanes, 18 (0:1)

OXŞAR XƏBƏRLƏR