İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib

İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
DÜNYA
18:15 31.03.2026
93
İtaliya Yaxın Şərq əməliyyatlarına qatılmaq üçün regiona uçan ABŞ hərbi təyyarələrinin Siciliyadakı "Siqonella” bazasına enməsinə icazə verməyib.

Bu barədə "Reuters" məsələdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə ABŞ bombardmançı təyyarəsi Yaxın Şərqə uçuşu zamanı bazaya enməli idi. Mənbə bildirib ki, ABŞ əvvəlcədən enişə rəsmi icazə üçün müraciət etməyib və İtaliyanın hərbi rəhbərliyi ilə məsləhətləşmələr aparılmayıb. Bu, ölkədəki ABŞ hərbi obyektlərinin istifadəsini tənzimləyən müqavilələrə zidd olduğundan enişə icazə verilməyib.
OXŞAR XƏBƏRLƏR