İtaliya da Rusiya qazından imtina edəcək?

İtaliya da Rusiya qazından imtina edəcək?
DÜNYA
16:47 04.04.2022
324
İtaliya Rusiya qazına qarşı sanksiyaları dəstəkləmək niyyətindədir.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, ölkə "mavi yanacağın" ümumi idxalının təxminən 40%-ni Rusiya Federasiyasından alır. 
 
Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo Zaqrebdə Xorvatiya və Sloveniyadan olan həmkarları ilə görüşdən sonra bildirib.
 
"İtaliya Rusiyanın qaz sanksiyalarına veto qoymayacaq", - Di Maio bildirib.
 
Qeyd edək ki, İtaliya Rusiyadan idxal olunan qazın ümumi həcminin təxminən 40%-ni alır. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Roma alternativ qaz təchizatı mənbələri tapmağa çalışır.
OXŞAR XƏBƏRLƏR