İtaliya hökumətindən TikTok-a 10 milyon avro cərimə

İtaliya hökumətindən TikTok-a 10 milyon avro cərimə
DÜNYA
15:22 14.03.2024
138
İtaliya Rəqabət Təşkilatı, Çində fəaliyyət göstərən sosial media platforması TikTok-u azyaşlı istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumadığını əsas gətirərək 10 milyon avro cərimələyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Rəqabət Qurumunun (Antitrust-AGCM) verdiyi açıqlamaya görə, Çin mərkəzli ByteDance qrupunun İtaliya, İngiltərə və İrlandiyadakı TikTok filiallarına 10 milyon avro məbləğində cərimə kəsilib.
 
Buna səbəb yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli məzmundan qorumaq məqsədi olduğu bildirilib.

Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.
 
Günel
OXŞAR XƏBƏRLƏR