İtaliyanın C Seriyası təmsilçisi "Benevento"nun baş məşqçisi Mikele Patsientsa cəmi 5 oyundan sonra postundan qovulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda onun rəhbərliyi altında meydana çıxdığı matçlarda bir qələbə qazanıb, iki heç-heçə edib, üç görüşdə isə məğlub olub.
Klub rəhbərliyi bu nəticələri qənaətbəxş hesab etməyib və məşqçi ilə yolların ayrılmasına qərar verilib. Həmçinin onun köməkçiləri də göndərilib. Komandanın "sükanı arxasına" isə daha əvvəl "Benevento”nu çalışdırmış Qaetano Auteri dəvət olunub.
Qeyd edək ki, komanda hazırda turnir cədvəlində 47 xalla 4-cü pillədədir. "Benevento” İtaliya A Seriyasında cəmi bir dəfə iştirak edib.
\report