İtaliya millisinin futbolçusu qanunsuz işçilərə görə cərimələndi

İtaliya millisinin futbolçusu qanunsuz işçilərə görə cərimələndi
İDMAN
18:21 04.09.2021
1457
İtaliya millisinin və "Yuventus" klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.

27 yaşlı yarımmüdafiəçiyə məxsus çimərlikdə qanunsuz işçilərin fəaliyyəti aşkarlanıb.

Marina-di-Karraredəki obyektdə 11 qanunsuz işçi olub. Polis həmin çimərliyin fəaliyyətini dayandırıb, Bernardeskini 40 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən "Yuventus"da çıxış edir. O, bu il İtaliya millisi ilə Avropa çempionatının qalibi olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR