İtaliya millisinin və "Yuventus" klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.
27 yaşlı yarımmüdafiəçiyə məxsus çimərlikdə qanunsuz işçilərin fəaliyyəti aşkarlanıb.
Marina-di-Karraredəki obyektdə 11 qanunsuz işçi olub. Polis həmin çimərliyin fəaliyyətini dayandırıb, Bernardeskini 40 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən "Yuventus"da çıxış edir. O, bu il İtaliya millisi ilə Avropa çempionatının qalibi olub.
///Report