İtaliya millisinin sabiq futbolçusu "Roma"nın yeni baş məşqçisi olub

İDMAN
18:35 16.01.2024
213
İtaliya millisinin sabiq futbolçusu Daniele De Rossi "Roma"nın yeni baş məşqçisi olub.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssisin müqaviləsinin müddəti iyunun 30-dək nəzərdə tutulub. O, bu gün istefaya göndərilmiş portuqaliyalı Joze Mourinyonu əvəzləyib.

Qeyd edək ki, Daniele De Rossi 2001-2019-cu illərdə "Roma"nın formasını geyinib.

OXŞAR XƏBƏRLƏR