"İtaliya sülh naminə atılan bütün təşəbbüsləri dəstəkləyir".
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı İtaliyanın Prezidenti Sercio Mattarella deyib.
O bildirib ki, Ukraynada baş verənlər faciəvi və qəbuledilməzdir: "İtaliya sülh naminə atılan bütün təşəbbüsləri və bütün addımları qəti şəkildə dəstəkləyir. İtaliya Ukraynanın suverenliyini, ərazi bütovlüyünü dəstəkləməkdə davam edəcək. Avropa Şurası bundan sonra da sülh naminə göstərdiyi fəaliyətini və bu istiqamətdəki tədbirlərini davam etdirməlidir".