"İtaliya səfirliyi azərbaycanlı tələbələrə viza vermir, onları təhqir edir" - Kampaniya başladıldı

"İtaliya səfirliyi azərbaycanlı tələbələrə viza vermir, onları təhqir edir" - Kampaniya başladıldı
SOSİAL
15:13 06.09.2017
8937
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin vətəndaşlarımızla kobud davranışları, onları aşağılamaq cəhdləri eyni zamanda heç bir səbəbdən şengen viza verilməməsi ilə bağlı şikayətlər artır. 
 
AZXEBER.COM-un məlumatına görə, millət vəkili Fazil Mustafa bir neçə gün öncə bu məsələyə toxunmuş və səfirlikləri kəskin tənqid etmişdi.
 
Deputat bu haqda deyib: Son vaxtlar Azərbaycan vətəndaşlarına qarşı ayrı-ayrı ölkələrin Bakıdakı səfirlikləri tərəfindən sadəcə tərbiyəsizlik kimi qiymətləndirilə biləcək hərəkətlər edilir. Buna bəlkə də dələduzluq da demək olar. Azərbaycan vətəndaşı turist səfərinə Şengen vizası almaq üçün müraciət edir Avropa ölkələrinin səfirliklərinin birinə. Bunun üçün Dəmirçi Plazada yerləşən özlərinin müəyyən etdiyi şirkət vasitəsilə onların hesabına minimum adambaşına 50 dollardan yuxarı vəsait də ödəyir. Bir müddət sənədləri özlərində saxlayıb, ümid yaradırlar, sonra da cavab vaxtına bir-iki gün qalmış vətəndaşımıza bildirirlər ki, bəs sizin gedişiniz məqsədəuyğun sayılmadı. Əsaslandırılmış hansısa cavab verilmir, gün kimi aydındır ki, gedən vətəndaşın təqdim etdiyi sənədlər hansısa köç niyyəti güdmür, bununla belə əksər vətəndaşlarımızı bu formada dolandıraraq viza üçün ödədikləri pulları mənimsəyirlər. Bir çox halda isə, adamların bir neçə ay öncə aldığı bilet də batır və buradan da xeyli miqdarda maddi ziyana düşürlər. 
Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına xarici gözlə baxdığına görə, həmin ölkələrə qarşı hansısa irad bildirmək istəmir. Məhkəməyə vermək üçün də elə bir mexanizm nəzərdə tutulmayıb. Hansısa Azərbaycan vətəndaşı eyni dələduzluğu hansısa səfirliyə qarşı etsəydi, cəzası dərhal kəsilərdi, ancaq adamlar çox rahatlıqla kütləvi şəkildə Azərbaycan vətəndaşlarını soymaqla, zərərə salmaqla məşğuldurlar. Fikrimcə, bu cür zərərçəkmiş vətəndaşlar onlara qarşı aldadıcı davranışlar sərgiləyən səfirliklərin qarşısında öz etirazlarını bildirmək haqqına sahib olduqlarını unutmamamalıdırlar. Necə deyərlər, tumanı düşən qarını, it də tutdu bir yandan! Bu qədər sıxıntı içində olan insanlarımıza bəzi səfirliklərin də göstərdiyi ədəbsizlik həqiqətən də Azərbaycan vətəndaşı kimi şərəfli bir ada hörmətsizlik kimi qiymətləndirilməli və dövlət qurumları tərəfindən bunun adekvat cavabı verilməlidir.
 
Bu dəfə isə analoji hadisəylə xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üzləşib.
 
AZXEBER.COM-a müraciət edən bir qrup gənc İtaliyanın Azərbaycandakı səfirliyindən şikayətçidirlər. Onlar bununla bağlı sosial şəbəkədə kampaniyaya da başlayıblar.
 
Məlumata görə, tələbələr İtaliyanın müxtəlif universitetlərinə qəbul olub, lakin İtaliya səfirliyi əsassız səbəblərlə visa verməkdən imtina edir, müsahibə etməmiş tələbələrə "reject" verir, zəng edənlərə kobudluq göstərir.
 
Tələbələr twitterdə #visaproblemitalianembassyofbaku hashtagi açıblar, orada onlarla şikayət paylaşılıb. 
 
Gənclər eyni zamanda bununla bağlı İtaliya Xarici İşlər Nazirliyinə də müraciət ünvanlayıblar. 
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır