Növbəti mövsümdə İtaliya Super Kuboku uğrunda keçiriləcək qarşılaşmanın yeri və vaxtı açıqlanıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, "Milan" və "İnter" komandaları arasındakı görüş 2023-cü il yanvarın 18-də Səudiyyə Ərəbistanında olacaq.
Qeyd edək ki, "Milan" 2021/2022 mövsümündə A Seriyasının, "İnter" isə İtaliya Kubokunun qalibi olub.