İtaliya Super Kuboku Səudiyyə Ərəbistanında olacaq

İtaliya Super Kuboku Səudiyyə Ərəbistanında olacaq
İDMAN
18:22 02.07.2022
355
Növbəti mövsümdə İtaliya Super Kuboku uğrunda keçiriləcək qarşılaşmanın yeri və vaxtı açıqlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, "Milan" və "İnter" komandaları arasındakı görüş 2023-cü il yanvarın 18-də Səudiyyə Ərəbistanında olacaq.

Qeyd edək ki, "Milan" 2021/2022 mövsümündə A Seriyasının, "İnter" isə İtaliya Kubokunun qalibi olub.
OXŞAR XƏBƏRLƏR