İtaliya Superkubokunda finala yüksələn ilk komandanın adı bəlli olub.
AZXEBER.COM xəbər verir ki, yarımfinalda üz-üzə gələn "İnter" və "Atalanta" görüşündə oyun Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"İnter"ə qələbə gətirən hər iki qolun müəllifi isə Denzel Dumfries olub.
Xatırladaq ki, yarımfinalın digər oyununda "Yuventus" və " Milan" komandaları qarşılaşacaq.
Aysel