İtaliya Superkuboku: "İnter" finala yüksəlib

İtaliya Superkuboku: "İnter" finala yüksəlib
İDMAN
02:01 03.01.2025
407

İtaliya Superkubokunda finala yüksələn ilk komandanın adı bəlli olub.


AZXEBER.COM xəbər verir ki, yarımfinalda üz-üzə gələn "İnter" və "Atalanta" görüşündə oyun Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


"İnter"ə qələbə gətirən hər iki qolun müəllifi isə Denzel Dumfries olub.


Xatırladaq ki, yarımfinalın digər oyununda "Yuventus" və " Milan" komandaları qarşılaşacaq.

 

Aysel

OXŞAR XƏBƏRLƏR