İtaliya husilərin təhdidinə cavab verib.
Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani danışıb.
"Biz ticarət hərəkətini müdafiə edirik, heç kimə hücum etmirik, heç kimin hücumuna məruz qalmaq istəmirik", - nazir deyib.
Tayani deyib ki, gəmilərə hücumlar olarsa, İtaliya ticarət gəmilərini müdafiə edərək cavab verəcək. "Bu çox aydın olmalıdır. Terror təşkilatı olan husilərin heç bir açıqlaması bizi qorxutmur", - o əlavə edib.
Qeyd edək ki, Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi "La Repubblica"ya müsahibəsində deyib ki, İtaliya Yəmənə qarşı hücumlarda iştirak edərsə, hədəfə çevriləcək.
///APA