İtaliyanın Sardiniya bölgəsində yerləşən Oniferi qəsəbəsində bələdiyyə sədri koronavirusa yoluxmağı qadağan edib.
Bu barədə "Hürriyet” məlumat yayıb.
Bələdiyyə sədri bütün dünyada maraq oyadan bu qəribə qərarı belə əsaslandırıb:
"Oniferidə səhiyyə işçisi qalmadı. Bu gün daha bir həkimimiz vəzifəsindən ayrıldı. İşdən çıxan həkimin yerinə işləyəcək səhiyyə əməkdaşımız yoxdur. Artıq hər kəs diqqət etməlidir. Burada koronavirusa yoluxmaq artıq qadağandır”.