İtaliyada bu gün koronavirusdan 793 nəfər öldü

İtaliyada bu gün koronavirusdan 793 nəfər öldü
DÜNYA
21:32 21.03.2020
6420
İtaliyada koronavirus qurbanlarının sayı sutka ərzində yeni rekord qırıb.

AZXEBER.COM xəbər verir ki, Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib. 

O, qeyd edib ki, bu gün ölkədə 793 nəfər COVİD-19 infeksiyasının qurbanı olub. Digər ölkələrdə isə bu gün toplam 602 nəfər bu virusun qurbanı olub.

İtaliyada koronavirus qurbanlarının ümumi sayı 4825 nəfərə çatıb. Ölkə artıq bu göstəriciyə görə dünyada liderdir.
OXŞAR XƏBƏRLƏR