İtaliya şəxsi məlumatların toplanması qaydalarını pozduğu şübhəsi ilə ChatGPT süni intellekt chatbotuna müvəqqəti giriş blokunu qaldırdığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ChatGPT hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
Bununla belə, ChatGPT istifadəçi məlumatlarının açıqlanmasından sonra təhlükəsizlik problemləri ilə əlaqədar gündəmdədir.
İtaliya Məlumatların Mühafizəsi Agentliyi, Microsoft tərəfindən maliyyə olaraq dəstəklənən ChatGPT-nin istifadəçilərinin yaşına nəzarət etmədiyini, tətbiqin yalnız 13 və daha yuxarı yaşda olan insanlar üçün açıq olması lazım olduğunu və bunun süni intellektə girişə maneə yaratdığını bildirib.
OpenAI sözçüsü ChatGPT-nin İtaliyadakı istifadəçilər üçün yenidən əlçatan olduğunu elan edib.
Sözügedən rəsmi İtaliyada istifadəçilərə yenidən xidmət göstərməkdən həyəcanlandıqlarını və istifadəçilərin məxfiliyini qorumağa sadiq olduqlarını söyləyib.
OpenAl sözçüsü İtaliya Məlumatların Mühafizəsi Agentliyinin qaldırdığı məsələlərə aydınlıq gətirdiklərini qeyd edib.
İtaliya mətbuatında yer alan xəbərlərdə OpenAl-ın ChatGPT istifadəçilərinin məxfiliyini qorumağa və istifadəçi hüquqlarına daha çox diqqət ayırmağa qərarlı olduğu bildirilib.
Mikayıl