İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü

İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
DÜNYA
13:47 14.08.2025
149
 
İtaliyanın Lampeduza adası yaxınlığında qəzaya uğrayan gəmidə ölənlərin sayı 27-ə çatıb.
 
AZXEBER.COM xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi açıqlayıb.
  
2025-ci ildə Mərkəzi Aralıq dənizində 700-dən çox qaçqın və qeyri-qanuni miqrantın həyatını itirdiyini qeyd edən Qrandi dənizdə xilasetmə, təhlükəsiz marşrutlar, tranzit ölkələrə yardım və kök səbəblərini aradan qaldıran bütün müdaxilələrin gücləndirilməsinin vacibliyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR