İtaliyada gəmi qəzaya uğradı - 40-dan çox miqrant öldü

İtaliyada gəmi qəzaya uğradı - 40-dan çox miqrant öldü
DÜNYA
19:11 09.08.2023
214
İtaliyanın cənubunda gəmi qəzaya uğrayıb, 40-dan çox miqrant ölüb.

Bu barədə yerli ANSA agentliyi hadisədən sonra sağ qalanların məlumatına istinadən bildirib.

Qeyd olunub ki, İtaliyanın cənubundakı Siciliya boğazında Tunisdən yola düşən gəminin batması nəticəsində ən azı 41 miqrant ölüb.

Hadisədən sonra 4 nəfərin sağ qalması bildirilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR