İtaliyada Türkiyə vətəndaşlarının olduğu helikopter radarlardan itib.
AZXEBER.COM xəbər verir ki, İtaliyanın Luka şəhərinin Capannori Tassignano hava limanından havaya qalxan helikopter sonra radarlardan itib.
"Aqusta Koala AW119” tipli helikopterdə olan 6 nəfərdən dördünün Türkiyədə özəl bir şirkətdə çalışan Türkiyə vətəndaşı olduğu qeyd edilib.
Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.
Türkiyənin Romadakı səfirliyinin helikopterdəki türklərin vəziyyəti ilə bağlı həm İtaliya rəsmiləri, həm də türk şirkətinin rəsmiləri ilə sıx əlaqədə olduğu bildirilib.
Helikopterlə radar əlaqəsi kəsildikdən sonra başlayan axtarış-xilasetmə işlərinin gecə saatlarında dayandırıldığı və səhər saatlarında yenidən başlayacağı qeyd olunub.
Ayşən