NATO-nun "Tiger Meet 2023” təlimləri bu gün başlayıb.
AZXEBER.COM xəbər verir ki, sözügedən təlim İtaliyada keçirilir.
Türkiyə manevrlərdə 3 F-16 qırıcı təyyarəsi və 49 nəfərlik şəxsi heyətlə iştirak edir. Təlimlərdə 13 müxtəlif ölkədən ümumilikdə 80 təyyarə və 2 min nəfər təmsil olunur.
Təlimlər ayın 13-dək davam edəcək.
Gülay