Bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilib ki, qasırğa zamanı xəsarət alan 43 nəfər arasında sümük sınıqları alan şəxslər də var. Güclü dolu təxminən 10 min avtomobilə zərər vurub, yüzlərlə ağac isə kökündən qopub.
Təbii fəlakət şəhərin tarixi irsinə də ciddi ziyan vurub. Katedral və daha 10 kilsənin müxtəlif dərəcədə zədələndiyi bildirilir. Şəhərin ən qədim saraylarından birində yerləşən bələdiyyə binasının qülləsinin bir hissəsi isə uçub.
Hadisədən sonra səkkiz ailə təhlükəsizlik məqsədilə evlərindən təxliyə edilib.
Kremona şəhər administrasiyası fəlakətin nəticələrinin aradan qaldırılması və təcili tədbirlərin müəyyənləşdirilməsi məqsədilə fövqəladə iclas keçirir.
Hazırda İtaliyada kəskin hava kontrastı müşahidə olunur. Ölkənin şimalında güclü ildırım və fırtınalar davam etdiyi halda, cənub bölgələri normadan təxminən 12 dərəcə yüksək temperaturla müşayiət olunan Afrika istiləri ilə üz-üzədir.
//Bakıvaxtı.az










































