İtaliyada şiddətli istilər: Ən yüksək təhlükə səviyyəsi elan edildi

İtaliyada şiddətli istilər: Ən yüksək təhlükə səviyyəsi elan edildi
DÜNYA
01:27 14.07.2026
567
İtaliyanın Səhiyyə Nazirliyi yeni isti dalğası səbəbindən ölkənin yeddi şəhərində, o cümlədən paytaxt Romada ən yüksək - qırmızı hava təhlükəsi səviyyəsi elan edib.

AZXEBER.COM TASS agentliyinə istinadən xəbər verir ki, Florensiya və Peruca şəhərlərində qırmızı təhlükə səviyyəsi artıq qüvvədədir.
Sinoptiklərin proqnozlarına əsasən, yeni isti dalğası şərqə tərəf yerini dəyişən və Apennin yarımadasını tamamilə əhatə edən Afrika antisiklonu ilə bağlıdır.

İtaliyanın mərkəzi və cənubi bölgələrində, həmçinin Sardiniya adasında havanın temperaturunun +39-41 dərəcəyə çatacağı gözlənilir. Florensiyada termometrin göstəriciləri +39 dərəcəyə, Romada isə +38 dərəcəyə qədər qalxa bilər.
OXŞAR XƏBƏRLƏR