İtaliyada son 24 saat ərzində 3 493 nəfər koronavirusa yoluxub, bununla da ölkədə virusa yoluxanların sayı 172 434 nəfər olub.
İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilir ki, sutka ərzində koronavirusdan 575 ölüm faktı qeydə alınıb. Ölənlərin sayı 22 745-ə yüksəlib. Koronavirus qurbanlarından 130-u həkimdir.
Bununla belə, son sutka ərzində ən yüksək sağalma göstəricilərindən biri qeydə alınıb – 2 563. Koronavirusdan sağalanların ümumi sayı 42 727-dir.
İtaliyada koronavirus pandemiyası fevralın 21-də baş qaldırıb. Ən yüksək ölüm sayı martın sonunda qeydə alınıb – bir gündə 969 nəfər virusun qurbanı olub.
///APA