İtaliyada sursat istehsalı müəssisəsində partlayış baş verib
DÜNYA
03:11 14.08.2026
164
İtaliyada Roma yaxınlığında orta və iri çaplı sursat istehsal edən müəssisədə partlayış baş verib.
Bu barədə ANSA məlumat yayıb.
Hadisə "KNDS Ammo Italy" şirkətinə məxsus, keçmiş "Sammel Difesa" zavodunun ərazisində baş verib. Müəssisə Fransa-Almaniya müdafiə qrupu KNDS-in tərkibinə daxildir.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi hələlik çətin olaraq qalır. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının yaxın ərazilərə yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib. Xilasedicilər insidentin barıt presləmə sexində baş verdiyini ehtimal edirlər.