İtaliyadakı Azərbaycan vətəndaşlarına koronavirusla bağlı müraciət edildi

İtaliyadakı Azərbaycan vətəndaşlarına koronavirusla bağlı müraciət edildi
SOSİAL
12:12 11.03.2020
1611
İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar olaraq, virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə martın 9-da İtaliya hökuməti tərəfindən əlavə təxirəsalınmaz və preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edilib.

AZXEBER.COM xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qərar baş nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Yeni qərara görə, martın 10-dan başlayaraq aprelin 3-nə qədər bütün İtaliya ərazisi "qapalı zona" elan olunur və virusun ilk olaraq yayıldığı "qırmızı zona": Lombardiya regionu və digər 14 əyalətə tətbiq olunan aşağıdakı ciddi qayda və məhdudiyyətlərin bütün ölkə ərazisinə münasibətdə tətbiq olunması nəzərdə tutulur:

- İş xarakterli və ya sağlamlıq vəziyyəti ilə əlaqədar olanlar istisna olmaqla, giriş və çıxışın qadağan olunması. Zəruri ərzaq məhsullarının alınması məqsədilə hər ailədən yalnız bir nəfərin evdən çıxmasına icazə verilməsi, maksimum çox vaxt ərzində evdə qalmağa üstünlük verilməsi,

- Virusa yoluxmuş bütün şəxslər üçün məcburi və ciddi karantin rejiminin tətbiq olunması,
- Bütün təhsil müəssisələrinin bağlanması,

- Bütün muzey, kino, teatr, idman zalları, istirahət mərkəzləri, diskoteka, bar və oyun mərkəzlərinin bağlanması,

- Futbol oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin qadağan olunması,

- Yalnız ərzaq mağazalarının saat 6:00-dan 18:00-dək məhdud rejimdə çalışması və müştərilər arasında 1 metrlik təhlükəsizlik məsafəsinin qorunmasına ciddi nəzarət edilməsi,

- Kilsə və digər dini mərkəzlərin məhdud rejimdə çalışması, bütün kütləvi mərasimlərin keçirilməsinin qadağan olunması və sair.

Qərarda qeyd olunan təhlükəsizlik qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur.

İtaliya ərazisində olan və müvəqqəti səfərə gəlmiş xarici ölkə vətəndaşlarına və turistlərə öz ölkələrinə qayıtmalarına icazə verilir.

İtaliya Respublikasının Nazirlər Şurası yanında Mülki Müdafiə departamentinin yaydığı son məlumata (9 mart, 18:00) görə, ölkə ərazisində virusa yoluxanların sayı 7985 nəfər, virusdan ölüm halları isə 463 nəfər təşkil edir və 724 nəfərdə sağalma qeydə alınıb.

Səfirlik İtaliya ərazisində olan bütün AR vətəndaşlarından ölkədə baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək