İtaliyadakı daşqınlardan 1 nəfər həyatını itirdi

DÜNYA
15:25 18.10.2024
141
İtaliyada şiddətli tufan və yağışdan yaranan sel nəticəsində 1 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin yerli mətbuatında yer alan xəbərlərdə təbi fəlakətdən 1 nəfərin həyatını itirdiyi bildirilir. Çoxlu sayda itgin var.
Bundan başqa, Genuyadakı Sori körpüsündən axan sel sularının şəlaləyə bənzər görüntüləri mətbuatda və sosial mediada əksini tapıb.

Yağışlar nəticəsində Siena şəhərinin qatar stansiyasında dəmir yollarının su altında qalıb.

Florensiya şəhərində həddindən artıq yağıntılar səbəbindən tramvay xətlərinin zədələndiyi qeyd edilib.

Daşqınların yaşandığı Liquriya və Toskananın bəzi şəhərlərində ibtidai və orta məktəblərdə tədris 

Baş nazirlik Mülki Müdafiə İdarəsi də sözügedən iki bölgədə əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara diqqətli olmaq xəbərdarlığı edib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR