İtaliyalı baş məşqçi: “UEFA futbolçulara hörmət etmir”

İDMAN
18:19 25.02.2023
258
"UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir”.

AZXEBER.COM xəbər verir ki, bunu İtaliyanın "Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkən deyib.

Qolsuz bərabərliklə yekunlaşan matçı dəyərləndirən italiyalı mütəxəssis görüşün keçirildiyi "Konstantin Redulesku” stadionunun ot örtüyünün durumundan şikayətlənib: "Futbol oynamaq mümkün deyildi. Sadəcə, futbola bənzəyən idman növünə uyğunlaşmaq üçün əlimizdən gələni etdik”.

Qeyd edək ki, "Latsio” ilk oyunda öz meydanında qazandığı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
OXŞAR XƏBƏRLƏR