Fransanın "Marsel" klubunun yeni baş məşqçisi bəlli olub.
Bu barədə jurnalist Fabrisio Romano "X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Liqa 1 təmsilçisi italiyalı Cennaro Qattuzoya tapşırılıb. Tezliklə 45 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq. O, bu postda Marselinyonu əvəzləyəcək.
Qeyd edək ki, Cennaro Qattuzo son olaraq İspaniyada "Valensiya"ya rəhbərlik edib.