İtaliyanın "Napoli" komandasına yeni baş məşqçi təyin olunub

İtaliyanın "Napoli" komandasına yeni baş məşqçi təyin olunub
İDMAN
14:25 29.05.2021
478
Luçano Spaletti İtaliyanın "Napoli" komandasına baş məşqçi təyin olunub.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, 62 yaşlı mütəxəssis yeni işinə iyulun 1-də başlayacaq.

Onun təyinatı barədə qərarı şəxsən klub prezidenti Aurelio De Laurentis qəbul edib. Spagetti komandanı Çempionlar Liqasına çıxara bilməyən Cennaro Qattuzonu əvəzləyib. Qattuzo mövsüm bitdikdən sonra "Napoli"dən ayrılaraq, "Fiorentina"ya gedib.

Qeyd edək ki, Luçano Spalettinin son iş yeri 2017 - 2019-cu illərdə çalışdığı "İnter" komandası olub. O, əvvəllər "Roma", "Udineze", "Ankona", "Venesiya", "Sampdoriya", "Empoli" və Rusiya "Zenit"inin baş məşqçisi olub.
OXŞAR XƏBƏRLƏR