İtaliyayla oyundan sonra polislə azarkeşlər arasında münaqişə yaşandı - FOTOLAR

İDMAN
00:50 11.10.2015
3245
Bu gün Milli Olimpiya Stadionunda baş tutan Azərbaycan - İtaliya oyunundan sonra həyəcanlı anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, oyundan sonra azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb.
Belə ki, metronun Koroğlu stansiyasının keçidində "Azərbaycan, Azərbaycan" deyən azarkeşlər polislərin hücumuna məruz qalıb. Polis keçidə daxil olaraq, fanatları sakitləşdirməyə çalışıb. Bu haldan təəcüblənən fanatlar polisə müqavimət göstərməyib. Eyni zamanda polislər bozqurd işarəsi tutan azarkeşlərə də xəbərdarlıq ediblər.
Həmin ərazidən fotoları təqdim edirik:
OXŞAR XƏBƏRLƏR