ABŞ-nin Florida ştatında yaşayan 85 yaşlı qadın iti ilə göl kənarında gəzərkən sudan çıxan nəhəng timsahın hücumuna məruz qalıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, timsah suya çəkdiyi yaşlı qadını parçalayaraq öldürüb.
Adı Qloriya Serj olaraq açıqlanan yaşlı qadının itini gəzdirərkən timsahın hücumu nəticəsində öldüyü hadisənin yeni görüntüləri ortaya çıxıb.
Görüntüdə itin timsahı görüb qaçmağa çalışdığı, qadının isə fərqinə vararaq son anda qaçmağa çalışsa da, timsah tərəfindən yaxalandığı anlar əks olunub.
Hadisənin şahidi Carole Thomas adlı şəxs hadisə ilə bağlı bunları deyib: "Qonşum Qloriya Serj öz itini göl kənarında gəzdirərkən timsah əvvəlcə itə hücum edib. Yaşlı qadın itini xilas etmək istəyərkən timsah tərəfindən tutulub. Timsah qadını iti ilə birlikdə suya çəkərək öldürüb.
Qadının parçalanmış meyiti çıxarılıb, tutulan timsah isə başqa əraziyə aparılıb.
Aydın