İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO

İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
SOSİAL
18:22 09.03.2026
364
Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov martın 8-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 


OXŞAR XƏBƏRLƏR