İtkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi - FOTOLAR

İtkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi - FOTOLAR
HADİSƏ
20:31 07.04.2025
264
Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.

Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

 

 


OXŞAR XƏBƏRLƏR