İtkin düşən neftçilərdən 6-sı eyni kənddəndir

İtkin düşən neftçilərdən 6-sı eyni kənddəndir
SOSİAL
12:42 15.12.2016
20556
Dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda Modern.az-a Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev məlumat verib. Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhrəmav və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir.
 
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının verdiyi məlumata görə, Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR