İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı

İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı
SOSİAL
09:55 20.06.2020
2100
Masallı rayonunun Şərəfə kəndi ərazisində 3 qız itkin düşüb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. 

Dərhal FHN-nin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri  tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR