Argentinanın cənubundakı Comdoro Rivadavia sahil qəsəbəsində yoxa çıxan Dieqo Barria adlı şəxsin qalıqları balıqçılar tərəfindən tutulan köpək balığının qarnından tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Barrianın şəxsiyyətinin bədənindəki döymə ilə ailəsi tərəfindən müəyyən edildiyi bildirilib.
Məlumata görə, Barria sonuncu dəfə çimərlikdə görünüb və dənizdə çimdikdən sonra yoxa çıxıb.
Rəsmilər Barrianın güclü dalğalara tuş gələrək dənizə sürükləndiyindən şübhələndiklərini bildiriblər.
Yerli polis açıqlamasında Barrianın şəxsiyyətini rəsmi təsdiqləmək üçün DNT testinin aparılacağını bildirib. Barrianın qalıqları olan köpəkbalığının uzunluğunun təxminən 1,5 metr olduğu bildirilib
Aydın