İtkin düşmüş alpinistlərdən biri polis zabitidir

İtkin düşmüş alpinistlərdən biri polis zabitidir
SOSİAL
11:11 27.12.2017
1633
"Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a klubdakı mənbə məlumat verib.

B.Hüseynovun polis leytenantı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 26-da Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Axtarışlar DSX, FHN, Ekologiya və təbii Sərvətlər Nazirliyi,i və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
OXŞAR XƏBƏRLƏR