İtkin kimi axtarılırdı - Restoranda ölübmüş

İtkin kimi axtarılırdı - Restoranda ölübmüş
HADİSƏ
12:40 11.04.2026
430
İtkin kimi axtarışa verilmiş şəxsin öldüyü məlum olub.

AZXEBER.COM xəbər verir ki, aprelin 9-u saat 14 radələrində Xırdalan şəhər sakini 1984-cü il təvəllüdlü Samir Asif oğlu Həmzəyevin yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Qeyd edilib ki, 42 yaşlı kişi özünə məxsus "Hyundai” markalı avtomobillə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Aparılan araşdırmalarla S.Həmzəyevin aprelin 10-u saat 12 radələrində Xırdalan şəhərində yerləşən restoranda ürək çatışmazlığından öldüyü müəyyən olunub.

Araşdırmalar davam etdirilir.
 
"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR