“İTS.GOV.AZ” saytının yenilənmiş versiyası təqdim edildi

SOSİAL
11:24 29.10.2024
112
"İTS.GOV.AZ” saytının yenilənmiş versiyası təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, bu gün İcbari Tibbi Sığorta üzrə dövlət agentliyinin kommunikasiya strategiyasının icra vəziyyəti və yenilənmiş "İTS.GOV.AZ” saytının təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev bununla bağlı tədbir iştirakçılarına məlumat verib.

O, bildirib ki, saytın ərsəyə gəlməsində agentliyin İT əməkdaşlarının əməyi danılmazdır:
 
"İTS.GOV.AZ” saytının yaranmasında İT əməkdaşlarımızın rolu danılmazdır. Xarici təcrübəyə əsaslanaraq sayt təkcə Azərbaycan dilində deyil, rus və ingilis dilində də fəaliyyət göstərir. Bu da yalnız bizim yox, əcnəbilərin də lazım olan informasiyanı əldə etməsində kömək olacaq”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR