İTV-də Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filminin ilk seriyası - VİDEO

İTV-də Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filminin ilk seriyası - VİDEO
SİYASƏT
10:56 09.05.2023
274
İctimai Televiziya Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 3 seriyalı film hazırlayıb.

"Qrossmeyster” adlı film 3 hissədən ibarətdir: I hissə Debüt, II hissə Mittelşpil, III hissə Endşpil adlanır. Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan, həyata keçirdiyi genişmiqyaslı işlərdən, layihələrdən bəhs olunan filmin I hissəsində Ulu öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə cərəyan edən mühüm hadisələr əks olunur.

Eyni zamanda tarixə ekskurs edilərək, ermənilərin Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin qarşısının Heydər Əliyev tərəfindən necə alınması, Azərbaycan ziyalı təbəqəsinin repressiyalardan necə qorunması göstərilir.

Həmçinin Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyi ilə münasibətləri, bu münasibətlərdən istifadə edərək, ölkəmizin sənayeləşməsi, inkişaf etdirilməsi istiqamətində atdığı mühüm addımlardan bəhs edilir.

Filmin II hissəsi Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunduğu dövrü əhatə edir. Həmin dövrdə Ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən, Ümumittifaq miqyaslı layihələrdə, Baykal-Amur magistralının tikintisində rolundan, İttifaq dövlətlərinin, xaricdəki sosialist respublikaların inkişafına verdiyi töhvələrdən bəhs olunur. Eyni zamanda, Heydər Əliyev və Mixail Qorbaçov arasında münasibətlərdən, Sovet İttifaqının dağılması prosesindən danışılır.

Filmin III hissəsi isə Azərbaycanın müstəqilliyinin bərpası dövrünə aiddir ki, burada Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, onun qətiyyətli siyasi fəaliyyəti, üzləşdiyi çətinliklər, erməni təcavüzünün qarşısının alınması və Respublikaya rəhbərlik etməyə başlaması reallıqlarından bəhs edilir.
Filmdə Heydər Əliyevin siyasi fəaliyyəti ilə Şahmat partiyası arasında analogiya aparılır. Qeyd olunur ki, bütün bunlar Ulu öndərin böyük bir Şahmat partiyası idi və bu partiyanı dahi şəxsiyyət Heydər Əliyev sonradan həyatda olmasa da, onun siyasi varisi, Prezident İlham Əliyev qalibiyyətlə başa vurdu.

Qeyd edək ki, "Qrossmeyster” sənədli filminin ilk hissəsi mayın 8-də artıq nümayiş etdirilib. Mayın 9-da filmin ll hissəsi saat 20:40-da, mayın 10-da isə I və II seriyaların təkrarı saat 18:35-də, III hissə isə saat 20:35-də İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı