İTV “Eurovision” milli seçim turlarının formatını dəyişib

GƏNCLİK
16:11 19.12.2013
1705

İTV telekanalı “Eurovision” beynəlxalq mahnı yarışmasına Azərbaycan təmsilçisinin seçilməsi formatını dəyişdirib.

AZXEBER.COM xəbər verir ki, əgər əvvəllər Azərbaycanın “Eurovision”da təmsilçisini “qapalı” kastinqlə və ya çoxhəftəli televiziya musiqi yarışması gedişatında seçirdilərsə, İctimai Televiziya seçim formatını dəyişdirib. “Eurovision-2014” müsabiqəsində Azərbaycandan olan iştirakçı yaxın zamanlarda İTV-də start götürəcək “Böyük səhnə” realiti-şousunun gedişatında seçiləcək.Bu layihənin qalibi “Eurovision-2014”-də Azərbaycanın təmsilçisi olacaq. Xatırladaq ki, 2013-cü ildə “Böyük səhnə” beynəlxalq vokal layihəsi ATV telekanalında start götürmüşdü. İndi isə musiqi realiti-şousu olacaq proqram İctimai Televiziyada yayımlanacaq.“Böyük səhnə” şousunu anonsu artıq İTV kanalında efirə buraxılıb. Yaxın zamanlarda Bakıda və onun hüdudlarından kənarda keçiriləcək kastinqlərin tarixi elan ediləcək.59-cu “Eurovision-2014” musiqi yarışması 6-10 may 2014-cü ildə Danimarkada keçiriləcək. Qeyd edək ki, 2013-cü ildə İsveçin Malmo şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi “Only Teardrops” mahnısı ilə Danimarkanı təmsil edən Emmilia de Forest olmuşdu.

OXŞAR XƏBƏRLƏR