İTV-nin baş direktoruna AFFA-da yüksək vəzifə verildi

İDMAN
13:01 02.04.2024
336
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.

Qeyd edək ki, B. Qasımov eyni zamanda İTV-nin baş direktorudur.

OXŞAR XƏBƏRLƏR