İTV-nin Yayım Şurasına bu şəxslər namizəddir - TAM SİYAHI

İTV-nin Yayım Şurasına bu şəxslər namizəddir - TAM SİYAHI
MEDİA
14:08 06.10.2021
680
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılıb.

AZXEBER.COM xəbər verir ki, Yayım Şurası üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

Sahibkarlar Şurası tərəfindən:
Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;
Abdullayeva İlhamə Xanlar qızı - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
 
Gənclər təşkilatları tərəfindən:
Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;
Axundova Ülviyyə Süleyman qızı – "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:
Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;
Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.

Müzakirələrdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlüyünə namizədlərin siyahısı parlamentin plenar iclasına tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR