Ülviyyədən qardaşının bıçaqlanması ilə bağlı AÇIQLAMA

MAQAZİN
11:23 09.10.2024
1852
"Mən bu xəbərin yayılmasını istəmirdim. Kim yayıbsa, təəssüf ki, doğrudur. Biz şikayətçiyik, çünki qardaşım meşəyə aparılaraq bıçaq zərbəsiylə yaralanıb. Qonşu bıçaqlayıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Ülviyyə Namazova deyib.

O bildirib ki, bıçaqlanan qardaşının vəziyyəti ağırdır və reanimasiyadadır:

"700 metr qan axa-axa yerdə sürünüb. Hazırda "Semaşko” xəstəxanasında reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır”.

Qeyd edək ki, mətbuatda tanınmış müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazovun bıçaqlanması barədə xəbərlər tirajlanıb.

Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR