Döyüldüyü deyilən Aşıq Namiq danışdı: Mənə dedilər ki... - AÇIQLAMA

Döyüldüyü deyilən Aşıq Namiq danışdı: Mənə dedilər ki... - AÇIQLAMA
MAQAZİN
11:43 13.11.2023
4057
Tanınmış aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı xəbərlər yayılıb. 

Məlumata görə, Aşıq Namiq parkda gəzən qadına söz atıb.

Nəticədə qadının oğlu onu döyüb.

Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

AZXEBER.COM məsələ ilə bağlı Aşıq Namiq Fərhadoğlu ilə əlaqə saxlayıb.

O hadisə haqda ətraflı məlumat verib: 

"Bu hadisə üç gün bundan əvvəl olub. "Dədə Qorqud" parkında gəzirdim. Parkda iki qadın gəzişirdi, 60-65 yaşları olardı. Anam yaşında qadınlar idi. Onlar məni tanıdı və öz aralarında mənim haqda danışmağa başladılar: Bilirsiniz ki, mən tanınmış adamam, küçədə gəzəndə hamı məni tanıyır. 

Elə bu an bir oğlan yaxınlaşdı və dedi ki, sən mənim anama nə deyirdin? Mən çaş-baş qaldım və bildirdim ki, anam yaşında qadınla mənim nə işim ola bilər? Bu zaman həmin oğlan mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Aramızda söz davası oldu. Bu an gördüm ki, həmin qadın cibindən telefon çıxartdı və çəkməyə başladı. Mən artıq məsələnin nə olduğunu anladım. İnsanlar bizi aralayanda mənim telefonum düşdü və ekranı qırıldı. Hər yerdə kameralar var, tələb etdim ki, açılsın. Burada aydın görünürdü ki, bu insanların məqsədi mənə "ilişmək” idi. Parkda olan insanlar bu ailəni tanıyır. Bu hadisəni mən nəticəsiz buraxmayacam. Görüntülər var kameralarda, hamısını çıxaracağam". 

Aşıq Namiq hadisənin polis tərəfindən araşdırıldığını, lazım gələrsə məhkəməyə qədər gedəcəyini bildirib:

"Gedib polisə izahat veriblər və yazıblar ki, guya mən demişəm "yaşlı qadınsınız, sizin parkda nə işiniz var, qoyun cavanlar gəzsin". 

Bu oyunu mənə kim qurub bilmirəm. Qadın öz dili ilə deyir ki, dayan səni biabır edəcəyəm. Bu iş planlaşdırılıb. Onlara kim ixtiyar verib ki, söyüş söysünlər və məni telefona çəksinlər? Mən polisə verəcəkdim, onlar məndən əvvəl gediblər. Polisdən mənə zəng gəldi, idarəyə dəvət etdilər mən də getdim. Mən oğlanla dalaşmışam, amma qadın gedib ekspertizaya, deyib Namiq məni döyüb, telefonumu qırıb. Bu qurmadır. Mənim də əlim əzilib. 

Aşıq Namiq qadına əl qaldırmadığını deyib: 

"Mən qadına əl qaldırmamışam, sadəcə əlindən telefonunu almışam ki, sən niyə məni çəkirsən? İndi də bəhanə edirlər ki, mən qadının telefonunu qırmışam. Yalandan deyir ki, telefonum "İphone 14 pro max”dır. Sən də mənə onu almalısan. Polisdə gətirəndə baxıram ki, onun telefonu "iphone 11”dir. Yəni bunların məqsədi mənə o bahalı telefonu aldırmaq idi. Dava zamanı oğlan mənim boynumdakı qızıl boyunbağını da götürüb. Heç o ortada yoxdur. Hələ yanındakı qadın da deyir ki, sən pullu oğlansan, hər gün toylardasan. Bir telefon alsan, dünya dağılacaq? Bax bunların məqsədi bu idi. Gördülər ki, məndən heç nə çıxmır, indi də məni gözdən salmağa çalışırlar. Şərəf və ləyaqətim alçaldıldığına görə mən məhkəməyə qədər gedəcəyəm".

Aşıq Namiq döyülmədiyini də deyib: "Heç kim məni döyməyib. Qələt edir məni döyən". 

Aysel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO