Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video

Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
SOSİAL
01:03 02.11.2026
116
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə Azərbaycanda nikahların sayının azalması, boşanmaların artması və doğum göstəricilərinin aşağı düşməsinin hansı demoqrafik problemlərdən xəbər verdiyi müzakirə olunub.
 
Ailə institutunun zəifləməsi, uşaqlara qarşı zorakılıq iddiaları və məktəblərdə baş verən hadisələrin cəmiyyətdə hansı problemləri üzə çıxardığına da toxunulub.

Məktəblərdə və uşaq bağçalarında təhlükəsizlik, valideyn məsuliyyəti və uşaqların müdafiəsi ilə bağlı ortaya çıxan suallar diqqətə çatdırılıb.

Həmçinin ailə dəyərlərinin, qanuna münasibətin və böyüklərin davranışlarının gələcək nəslin formalaşmasına təsiri müzakirə edilib.

Verilişdə həftə ərzində gündəmdə olan bu və digər hadisələr diqqətə çatdırılaraq şərh olunub.
 

OXŞAR XƏBƏRLƏR